Milli Orduda faciə: Bir gündə 2 itki

Nazirlik məlumat yaydı…

Nazirlik məlumat yaydı.

Müdafiə Nazirliyi iki əsgərin ölümü, bir əsgərin yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə iyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissədə xidmət keçən əsgər Ağakişiyev Bəhruz Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq əsgər Əhmədov Kamran İntiqam oğlunu yaralayıb və əsgər Abdullayev Neyman Elman oğlunu qətlə yetirib. Sonra isə əsgər B.Ağakişiyev silahından atəş açaraq intihar edib.

Yaralı əsgər K.Əhmədova ilk tibbi yardım göstərildikdən sonra hospitala yerləşdirilib. Vəziyyəti ağırdır.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

09:59

Azərbaycan Ordusunda silahlı insident olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri tabeliyindəki silahla bir hərbçi yoldaşını öldürüb, digərini isə yaralayıb.

Əsgər daha sonra özünü vuraraq intihar edib.

www.oxu.az