Milli Qəhrəman Zakir Yusifovun doğum günüdür

O Səfiyan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub…

O Səfiyan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub.

Bu gün Milli Qəhrəman Zakir Yusifovun doğum günüdür. 

Oxu.Az xəbər verir ki, Zakir Tofiq oğlu Yusifov 1956-cı il sentyabrın 29-da Bakı şəhərində anadan olub. O, hərbi vertolyot komandiri kimi 1991-ci ildən mühüm hərbi tapşırıqları bacarıqla yerinə yetirib, yüzdən artıq hərbi uçuş keçirərək Əsgəran, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd döyüşlərində qəhrəmanlıq göstərmiş, 1992-ci il oktyabrın 11-də Səfiyan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. 

5 fevral 1993-cü ildə ona Milli Qəhraman adı verilib. 

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. 

Vaxtilə oxuduğu 194 saylı orta məktəb və Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır. 

www.oxu.az