Milli Qəhrəmanın doğum günüdür

Mayor Davidoviç Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi yumdu…

Mayor Davidoviç Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi yumdu.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin doğum günüdür.

Oxu.Az xəbər verir ki, Anatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Slutsk şəhərində dünyaya göz açıb. O, 1992-ci ilin iyununadək SSRİ, sonra isə Rusiya ordusunda xidmət edib. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır.

N saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O, Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük töhfələr verib. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi. Anatoli bu döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi. Anatoli Ağdamda gedən döyüşlərdə ağır yaralanır, onu xilas etmək mümkün olmur. Xeyli qan itirdiyindən həkimlərin səyi nəticə vermir. Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi yumub.

Azərbaycan Respublikası prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Anatoli Davidoviç Belarus Respublikasının Slutsk şəhərində dəfn edilib.

www.oxu.az