Milli Qəhrəman Mirələkbər İbrahimov – 53

Qorqan kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub…

Qorqan kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub.

30 sentyabr Milli Qəhrəman Mirələkbər İbrahimovun doğum günüdür. 

Oxu.Az xəbər verir ki, Mirələkbər Mirələsgər oğlu İbrahimov 1961-ci il sentyabrın 30-da Qərbi Azərbaycanın Vedibasar mahalının Xalısa kəndində anadan olub, uşaq vaxtı ailəsi ilə birlikdə Bakıya köçüb. 

O, hərbi hazırlıq müəllimi olub, 1993-cü ildə 5-ci Yasamal taborunun komandiri kimi cəbhəyə yollanıb, Füzuli rayonun Alxanlı, Kürdmahmudlu, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub, 1994-cü ilin yanvar-mart aylarında Füzuli rayonunun xeyli hissəsinin düşməndən azad edilməsində özünü bacarıqlı komandir kimi göstərib, martın 5-də Qorqan kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 

1994-cü il sentyabrın 16-da ona Milli Qəhrəman adı verilib.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə işlədiyi 153 saylı orta məktəb onun adını daşıyır. 

www.oxu.az