Milli Qəhrəmanın doğum günüdür

Mayor Hüseynov “Tərtər” özünümüdafiə batalyonu yaradıb…

Mayor Hüseynov “Tərtər” özünümüdafiə batalyonu yaradıb.

 

Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günüdür.

 

Oxu.Az xəbər verir ki, Elman Süleyman oğlu Hüseynov 1952-ci il fevralın 28-də Tərtər şəhərinin İlxıçılar kəndində anadan olub. O, 1991-ci ilin noyabr ayında “Tərtər” özünümüdafiə batalyonu yaradır və komandiri olur.

 

O, öz batalyonu ilə Ağdərə, Seysulan, Çaylı, Marquşevan, Marağa, Drambon, Sərsəng, Həsənqaya, Çıldıran və digər döyüşlərdə rəşadətlə vuruşub, 1993-cü il yanvarın 14-də Vəng kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub.

 

Tərtər şəhəri Qaraqoyunlu kəndində dəfn edilib. Tərtər şəhərindəki küçələrdən biri onun adını daşıyır, Tərtər şəhərində büstü qoyulub.

 

/oxu.az/