Milyarder Donald Tramp Obamanı psixi xəstə adlandırıb

“O, niyə görə uçuşları qadağan etməyib? Ağılsız!”…

“O, niyə görə uçuşları qadağan etməyib? Ağılsız!”.

İş adamı milyarder Donald Tramp Amerika prezidentini tənqid atəşinə tutub.

Oxu.Az NTV-yə istinadən xəbər verir ki, milyarder Twitter mikrobloqundaBarak Obamanın Ebola virusunun yoluxma zonasından gələnlərə ABŞ ərazisinə daxil olmalarına qadağa qoyulmaması qərarına neqativ reaksiya verib.

“Mən artıq prezidentin psixi sağlam olmadığını düşünməyə başlayıram. O, niyə görə uçuşları qadağan etməyib? Ağılsız!”.

Barak Obama isə Ebolanın amerikalılar üçün təhlükəli olmadığını düşünür. Bu yaxınlarda verdiyi müsahibədə Obama bildirib ki, ABŞ ərazisində bu ölümcül virusun yayılması səviyyəsi çox aşağıdır.

Bundan başqa o, Ebola virusuna yoluxmuş xəstələrə qulluq edən tibb bacılarını öpərək təşəkkür edib.

İndiyə qədər amerikalılar arasında cəmi iki Ebola virusuna yoluxma halı qeydə alınıb.

www.oxu.az