Minsk qrupu qalmaqallı Qarabağ bəyanatına düzəliş etdi

Azərbaycan XİN-in bəyanatından sonra…

Azərbaycan XİN-in bəyanatından sonra.
ATƏT-in Minsk qrupu Azərbaycanın hava məkanını pozan Ermənistan helikopterinin ölkəmizin işğal olunmuş ərazisində silahlı qüvvələrimiz tərəfindən vurulması ilə əlaqədar noyabrın 19-da yaydığı bəyanata düzəliş edib.
Oxu.Az xəbər verir ki, həmsədrlər bəyanatda bundan əvvəl işlətdikləri “neytral ərazi” ifadəsini “məskunlaşmamış ərazi” ifadəsi ilə əvəz ediblər.
Qeyd edək ki, həmsədrlərin qərəzli bəyanatda helikopterin vurulduğu ərazini “neytral ərazi” adlandırması haqlı olaraq Azərbaycan tərəfinin etirazına səbəb olmuşdu. Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı etiraz bəyanatı yaymışdı.
www.oxu.az