Minskdə MDB-nin miqrasiya siyasəti məsələləri müzakirə ediləcək
MDB üzvü olan dövlətlərin ərazilərinə gələn üçüncü dövlətlərin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin vahid uçot sistemi yaradılması üzrə işçi qrupun iclası noyabrın 9-da Belarus paytaxtında keçiriləcək.
Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.