Mirqədirov: Azı 10 dəfə Ermənistana getmişəm

“Burada nə var”…

“Burada nə var”.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və müaviniElçin Şirinov Türkiyədən deportasiya edilən və barəsində həbs-qətimkan tədbiri seçilən jurnalist Rauf Mirqədirova baş çəkiblər. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Elçin Behbudov Rauf Mirqədirovun hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanıldığını bildirib. 

O deyib ki, Rauf Mirqədirov saxlanma şəraiti və ona qarşı rəftar qaydalarından şikayət etməyib:

 “Bildirdi ki, jurnalist kimi burada ona qarşı normal münasibət göstərirlər. Yəni ona qarşı heç bir təzyiq olmayıb. Onun barəsində artıq 3 ay həbs-qətimkan tədbiri seçilib. Mən ondan soruşdum ki, 274-cü maddə ilə özünü günahkar bilirsənmi? O dedi ki, mən özümü bu maddə ilə günahkar bilmirəm. O Ermənistana getdiyini dedi. Dedi ki, bəli getmişəm. Yalan olmasın bəlkə bir 10 dəfə, bəlkə də çox getmişəm. Dedi ki, burada nə var?”.

Qeyd edək ki, Rauf Mirqədirov son aylar Türkiyədən deportasiya edilən ikinci azərbaycanlı jurnalistdir. Fevral ayında “Today’s Zaman” qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalovun deportasiya olunmasında hökumət əleyhinə və xüsusən də ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar irəli sürməsi amilinin səbəb olduğu iddia edilirdi.

www.oxu.az