“Qərara gəldim ki…”…
“Qərara gəldim ki…”
ABŞ-da sabiq prezidentliyə namizəd, respublikaçı Mitt Romni növbəti seçkilərdə iştirak etməyəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu siyasətçinin özü bəyan edib.
“Qərara gəldim ki, prezident postuna növbəti namizəd partiyamızın digər liderlərindən biri olmalıdır”, deyə Romni bildirib.
Bundan əvvəl M.Romninin prezidenti postuna namizədliyini irəli sürəcəyi barədə məlumatlar yayılmışdı. Hazırda isə mümkün namizədlər sırasında Hilları Klinton və Ceb Buşun adı çəkilir.