Moskvada miqrant “ovu” yenidən başladı

450-dən çox miqrant saxlanılıb…

450-dən çox miqrant saxlanılıb.

Moskva polisi paytaxtın şimal-şərqində reyd zamanı 450-dən çox qeyri-leqal miqrant saxlayıb.

Oxu.Az-ın ANS PRESS-əistinadən məlumatına görə, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Operativ tədbir cinayətkarların axtarışına və miqrasiya qanunvericiliyinin pozulmalarına qarşı keçirilib.

“Saxlanılanlar arasında — Orta Asiya ölkələrinin nümayəndələri, Şimali-Qafqaz federal dairəsi və həmçinin keçmiş MDB dövlətlərindən biri Belarus vətəndaşı var”, – deyə xəbərdə bildirilir.

Hazırda cinayət məcəlləsinin 322.1 maddəsi (qanunsuz miqrasiyanın təşkili) üzrə cinayət əlamətlərinin mövcudluğu haqqında yoxlama aparılır.

Reyddə Moskva polisi, həmçinin Xüsusi Təyinatlı Milis Dəstəsi iştirak edib. Əməliyyatda Rusiyanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 150 əməkdaşı iştirak edib.

www.oxu.az