Mübariz Qurbanlı: Bizim silahımız sözdür

“Sən dindən xəbərsizsən”…

“Sən dindən xəbərsizsən”.

İŞİD-ə qoşulanlarla bağlı bizim xüsusi-xidmət orqanları bununla ciddi məşğul olurlar. Eyni zamanda, Komitənin yerli şöbələri bununla məşğuldur. Həmin şöbələr hüquq-mühafizə orqanı deyil təbii ki. Bizim silahımız sözdür. 

Oxu.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzadlıqRadiosuna müsahibəsi zamanı deyib.

M. Qurbanlı deyib ki, rəhbərlik etdiyi qurum hansısa gəncin bir qrupa qoşulub getməsi və s. haqda məlumat aldıqda profilaktik söhbətə üstünlük verir: “İzah edirik ki, Suriyada baş verənlər din söhbəti deyil, İŞİD din altında pərdələnmiş terrorçu qrupdur. 

Onun arxasında Qərbdəki bəzi mərkəzlər, geopolitik maraqlar, neft mafiyası, bəzən də dövlətlərin maraqları dayanır, İŞİD İslama zərbədir… Azərbaycandan İŞİD-ə gedən də bilməzlikdən gedir, müəyyən qrupların toruna düşüb və ya macəra axtarır. Saf ürəklə inanıb gedirsə o, bilsin ki, bu, din məsələsi deyil. Bizim idmançımız 23 saniyədə erməninin kürəyini yerə vurub əsgəri salamı verdi. Erməniyə bundan böyük ideoloji sillə vurmaq olmazdı. Bizim idmançı çox böyük hərəkət etdi. Mən çox ləzzət aldım bundan. Budur hərəkət. Yoxsa hansısa ölkədə geopolitik mübarizənin qurbanına çevrilirsənsə, sən dindən xəbərsizsən”.

www.oxu.az