![](http://azerbaijanfoundation.az/wp-content/uploads/2019/05/795ce52b2d524df.jpg)
Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, nazir qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.
ONA.az