Müdafiə Nazirliyindən işğal olunmuş ərazilərimizdə Ermənistanın hərbi təlimlər keçirməsinə – CAVAB

“Məsuliyyət tamamilə İrəvan rəhbərliyinin üzərinə düşür”…

“Məsuliyyət tamamilə İrəvan rəhbərliyinin üzərinə düşür”.

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlaması İrəvan hərbi-siyasi rejiminin ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin növbəti mərhələsidir.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin işğal olunmuş ərazilərimizdə Ermənistanın hərbi təlimlər keçirməsi ilə əlaqədar bəyanatında deyilir:

“Azərbaycanın Müdafiə Nazirliyi rəsmən bildirir ki, Ermənistan Respublikası torpaqlarımızın işğal olunmasına bilavasitə cavabdehlik daşıyır. Gələcəkdə regionda baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət tamamilə və qeyd-şərtsiz İrəvan rəhbərliyinin üzərinə düşür”.

www.oxu.az