“Müharibədə itkin düşmüş və hüquqi yardıma ehtiyacı olan şəxslərin ailələri üçün psixoloji xidmətlərin təşkili” layihəsi çərçivəsində görüş keçirildi
“İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondu tərəfindən 03.06.2016-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibədə itkin düşmüş və hüquqi yardıma ehtiyacı olan şəxslərin ailələri üçün psixoloji xidmətlərin təşkili” layihəsi çərçivəsində qrup görüşü keçirildi. Görüş zamanı itkin ailələrinin problemləri dinlənildi, hüquqi və psixoloji məsləhətlər verildi.