Mustafa Cemilev: Rusiya Krım tatarlarını deportasiya edə bilər

“Bu gün Türkiyədə Krım tatarı daha çoxdur, nəinki Krımda”…

“Bu gün Türkiyədə Krım tatarı daha çoxdur, nəinki Krımda”.

Rusiya Krım tatarlarını deportasiya edə bilər.

Oxu.Az AZE.az-a istinadən bildirir ki, bu haqda Krımda yerli xalqın lideriMustafa Cemilev bəyan edib.

 Xalq deputatı, “Batkivşina” fraksiyasının üzvü Mustafa Cemilev bildirib ki, onda olan məlumata görə, Rusiyanın hakimiyyət dairələrində Krım tatarlarının deportasiyası haqqında fikir üstünlük təşkil edir.
Senzor.net UNN-a istinadən xəbər verir ki, bu haqda o parlamentdə deyib.  

“Məndə Rusiya hakimiyyətinin FTX-də Krım tatarlarının deportasiya edilməsinin lehinə olması barədə məlumat var”, – deyib.

“Amma bu yəqin ki, 1944-cü ildə olduğu kimi avtomatların köməyi ilə olmayacaq, onları sadəcə sıxışdıracaqlar. Bu, 1783-cü ildə Krım Rusiyaya birləşdiriləndə olduğu kimi baş verəcək. O zaman insanları vaqonlarla çıxarmırdılar, sadəcə torpaqları əllərindən alır, müqəddəs hisslərini təhqir edir, ziyalıları məhv edirdilər, qalanları isə doğma yerlərini tərk etməyə məcbur qalırdılar. Bu gün Türkiyədə Krım tatarları Krımda olduğundan 10 dəfə çoxdur”, – xalq deputatı qeyd edib.

www.oxu.az