NASA-nın uçuşa başlayan raketi partladı

Cygnus yük gəmisi kosmik stansiya ekipajı üçün avadanlıq aparırdı…

Cygnus yük gəmisi kosmik stansiya ekipajı üçün avadanlıq aparırdı.

Amerikanın Cygnus kosmik gəmisinin olduğu Antares daşıyıcı raketi Amerikanın Vircinya ştatı sahillərindəki Uollops adasında NASA-ya məxsus kosmodromdan qalxarkən partlayıb.

Bu barədə məlumatı NASA yayıb, Oxu.Az BBC-yə istinadən xəbər verir. Partlayış raketin havaya qalxmasından dərhal sonra baş verib (Bakı vaxtı ilə 02:23-də). İnsidentin səbəbləri haqqında məlumat verilmir.

NASA-dan bildiriblər ki, partlayış nəticəsində xəsarət alan yoxdur.  

Məlumata görə, Cygnus yük gəmisi kosmik stansiyanın ekipajı üçün avadanlıq daşıyırmış.

 

www.oxu.az