NATO: Azərbaycan bizim üçün önəmli ölkədir

“Bu proqramlar Azərbaycan-NATO əlaqələrinin inkişafında mühüm rol oynayır”…

“Bu proqramlar Azərbaycan-NATO əlaqələrinin inkişafında mühüm rol oynayır”.

Azərbaycan NATO üçün Əfqanıstanda sülhün və sabitliyin təmin olunmasına önəmli töhfə verən mühüm ölkələrdən biridir. Azərbaycan NATO-nun yalnız çoxillik deyil, eyni zamanda fəal və mühüm tərəfdaşlarından biridir. Bu əlaqələr siyasi dialoqun nəticəsidir. 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu fikri media nümayəndələrinə NATO baş katibinin müavini Sorin Dukaru deyib. O, NATO-nun müxtəlif proqramlarının həyata keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib: 

“Enerji təhlükəsizliyi, terrorizmlə mübarizə əməkdaşlığımızın daha bir istiqamətidir və biz bu əməkdaşlığı davam etdirmək niyyətindəyik. Bu proqramlar Azərbaycan-NATO əlaqələrinin inkişafında mühüm rol oynayır” – deyə NATO rəsmisi bildirib.  

www.oxu.az