Nazarbayev: SSRİ-ni bərpa etmək istəyənin ağlı yoxdur!

“Biz çoxdan bu işdən uzaqlaşmışıq”…

“Biz çoxdan bu işdən uzaqlaşmışıq”.

Avrasiya İqtisadi İttifaqı (Aİİ) indiki böhran şəraitində riskə məruz qalır, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.

“Bu gün Aİİ çox böyük riskə məruz qalır, düzünü deyim – böhranlarla əlaqədar”, – deyə, prezident bazar günü axşam respublika telekanallarına müsahibəsində bildirib.   

Oxu.Az xəbər verir ki, bununla yanaşı N.Nazarbayev Aİİ-nin yaradılmasının sovet keçmişinə qayıtmaq demək olmadığını vurğulayıb:

“Bu gün bəziləri bunun müstəqilliyin itirilməsi olduğunu, Sovet ittifaqının yaradıldığını danışa bilər yaxud artıq danışıblar. Cəfəngiyyatdır! Sovet İttifaqını yaratmaq istəyənin ümumiyyətlə beyni yoxdur. Biz bu keçmişdən çoxdan uzaqlaşmışıq, bu, qeyri-mümkündür”, – deyə, o vurğulayıb.

O həmçinin Rusiyaya qarşı sanksiyaların birbaşa olmasa da, dolayısı ilə Qazaxıstana təsir göstərdiyini bildirib:

“Bu sanksiyalar Qazaxıstana birbaşa təsir etməsələr də, yaxşı heç bir şey yoxdur, çünki Rusiya əsas tərəfdaşımızdır”, – deyə, prezident bildirib.  

Qazaxıstan prezidenti həmçinin bildirib ki, ölkəsinin neftin qiymətinin hətta bir barelə görə 40 dollaradək azalmasına qarşı da fəaliyyət planı var:  

“Qoy Qazaxıstan əhalisi narahat olmasın. Bizim planımız var. 70 dollar üçün də, 60, 50, 40 dollar üçün də”, – deyə, o, bildirib.

Onun sözlərinə görə, bu plan “işləyir”.

“O necə deyərlər, mənim əlimin altındadır”, – deyə, dövlət başçısı izah edib.

www.oxu.az