Nazirlikdən 5 manata satılan “pulsuz” kitablardan danışdı

Yeni dərs ilində bütün ümumtəhsil məktəb şagirdləri dərsliklərlə pulsuz təmin olunub…

Yeni dərs ilində bütün ümumtəhsil məktəb şagirdləri dərsliklərlə pulsuz təmin olunub.

Təhsil Nazirliyi məktəb şagirdlərinə pulsuz paylanması nəzərdə tutulan dərsliklərin satışa çıxarılmasına aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, Təhsil Nazirliyindən şagirdlərə pulsuz paylanması nəzərdə tutulan kitabların mağazalarda 5 manata satışa çıxarılması ilə bağlıAxar.az-ın ünvanlandığı sorğuya cavab olaraq bildiriblər ki, yeni dərs ilində bütün ümumtəhsil məktəb şagirdləri dərsliklərlə pulsuz təmin olunub.

“Üzərində “pulsuz” sözü yazılmış dərsliklərin satışa çıxarılması məsələsinə gəlincə qeyd edə bilərik ki, bununla bağlı aidiyyəti qurumlara müraciət olunmalıdır”.

Qeyd edək ki, ibtidai siniflər üçün nəzərdə tutulan və Təhsil Nazirliyinin pulsuz paylamalı olduğu kitablar mağazalarda satışa qoyulub. Kitabın üzərində “pulsuz” sözləri yazılsa da, satıcılar sözün üzərinə qiymət etiketini yapışdırmaqla satışa çıxarıblar. Təhsil Nazirliyinin “pulsuz” kitabları mağazalarda 5 manata satılır. Məktəblərdə paylanmadığından müəllimlər valideynlərə kitabları mağazalardan əldə etməyi məsləhət görüblər. 

www.oxu.az