Neft bahalaşdı

Texas markalı neftin qiyməti 58 dollar oldu….

Texas markalı neftin qiyməti 58 dollar oldu.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,24 dollar bahalaşaraq 63,08 dollar olub.

Oxu.Az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,72 dollar artaraq 58,77 dollar təşkil edib.

Qeyd edək ki, İranın nüvə proqramına dair danışıqların müddəti iyulun 7-dək uzadılıb. Dünən, yəni iyunun 30-da isə məsələ ilə bağlı son qərar qəbul olunmalı idi.

Qərb ekspertləri bildirirdilər ki, tərəflər arasında razılıq əldə edilsə idi, bu halda Texas markalı neftin qiyməti 50 dollara düşə bilərdi. 

 

/Oxu.az/