Neft, qaz və elektrik enerjisinin ixracı azalıb

Sayğac göstəriciləri əsasında ilin 1-ci rübü ərzində 8,09 mln. ton xam neft ixrac olunub.

 

Sayğac göstəriciləri əsasında ilin 1-ci rübü ərzində 8,09 mln. ton xam neft ixrac olunub.

O cümlədən, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 6,51 mln. ton, Supsa boru kəməri ilə 1,08 mln. ton, Şimal boru kəməri ilə 0,25 mln. ton və dəmiryol nəqliyyatı ilə 0,25 mln.ton. neft ixrac olunub.

Oxu.Az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin 2014-cü ilin yanvar-mart ayları üzrə hesabatında deyilir.

DGK-nın məlumatına görə, sayğac göstəriciləri əsasında fevralda qaz-kondensatı (BTC boru kəməri ilə) – 0,59 mln.ton, təbii qaz – 2 398 465,2 min kubmetr, elektrik enerjisi – 56 165,5 min kVt/s ixrac olunub.

Hesabatda həmçinin gömrük bəyannəmələri üzrə xam neft, neft məhsulları, təbii qaz və elektrik enerjisinin ixracı üzrə məlumat verilib.

Belə ki, xam neft – 5,52 mln. ton (4,56 mlrd. ABŞ dolları), neft məhsulları – 0,39 mln.ton (279,39 mln.ABŞ dolları), təbii qaz – 821 595,73 min. kubmetr (145,95 mln. ABŞ dolları) və elektrik enerjisi – 188,28 mln. kVt/s (8,56 mln. ABŞ dolları) ixrac olunub.

Bu da ötən ilin 1-ci rübü ilə müqayisədə göstərir ki, xam neftin – 11,56%-ə, neft məhsullarının – 3,51%-ə, təbii qazın  – 33,11%-ə və elektrik enerjisinin – 22,51%-ə ixracı azalıb.

www.oxu.az