Neftin dünya qiymətləri bahalaşmaqda davam edir

“Bazarda təklifin artıq olması problemi hələ də mövcuddur”…

“Bazarda təklifin artıq olması problemi hələ də mövcuddur”.

Neftə olan dünya qiymətləri artmaqda davam edir, dördüncü gün ABŞ neftinin maliyyə ehtiyatlarına görə, proqnozlardan aşağı olmasını satışın nəticələri göstərir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, WTI (Light Sweet Crude Oil) markalı yüngül Amerika neftinin dekabr fyuçerslərinə görə qiyməti 0,61% artaraq bir barel üçün 81,92 dollar olub.

Brent markalı Şimali Amerika neftinin dekabr fyuçerslərinin qiyməti 1,16% qalxaraq bir barel üçün 87,04 dollar olub.

Bunlar xammala olan tələbatın artmasından xəbər verir, bu isə neftin qiymətinin artmasına müsbət təsir edir.

“Bazarda hələ də təklifin artıq olması problemi mövcuddur, çünki OPEK hələ də istehsalatın azalmasına dair heç bir şərh verməyib”, – bunu Woori Investment & Securities Co. analitiki Kanq Yu Cin (Kang Yoo Jin) ehtimal edir, onun sözlərini Bloomberg agentliyi sitat gətirir.

www.oxu.az