Neftin qiyməti ucuzlaşmaqda davam edir

Analitiklər bunu nə ilə əlaqələndirir?…

Analitiklər bunu nə ilə əlaqələndirir?

Neftin dünya qiymətləri, tələbatın və ixrac təklifinin azalması fonunda enməyə davam edir.

Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, Brent Crude Oil markalı neftin şimaldəniz neftinə olan noyabr fyüçerslərinin qiyməti 2,5 % enərək – bir barel üçün 82,97 dollar olub, bu isə 2010-cu ildə – bir barel üçün 83,78 dollar olan minimumdan da azdır. Noyabr fyuçerslərinin yüngül WTI markalı neft üçün qiyməti 1,29% enərək bir barel üçün 80,8% dollara çatıb.

Analitiklər neft fyuçerslərinin enmsini Səudiyyə Ərəbistanının neftinin qiymətinin enməsi ilə əlaqələndirirlər. bundan başqa analitiklər bunu bazarın doyması, bura Liviyanın qayıtması və ABŞ-da neftin çıxarılması ilə izah edirlər.

Son ayda Səudiyyə Ərəbistanı alıcıları üçün neftin qiymətini  2008-ci ilin minimal səviyyəyə çatdırıb. Bazar ertəsi Reyter agentliyi xəbər verib ki, Səudiyyə Ərəbistanı qarşıdakı iki il üçün bir barel üçün 80-90 dollar arasında qiymət siyasətinə hazırdır.

Küveyt, İraq və İran krallığın ardınca hasilatın həcmini azaltmayacaqlarını, eləcə də cari qiymət siyasətinə hazır olduqlarını bəyan ediblər.

“Səudiyyə Ərəbistanı Asiyadakı bazar üçün mübarizə aparmağa çalışır”, – Bloomberg agentliyi Australia & New Zealand Banking Group bankının strategi Deniel Haynsın sözlərini sitat gətirib.

İkinci gün Beynəlxalq Energetik Agentliyi neftə olan dünya tələbatının cari ildə sutkada 0,2 milyon barelə çatıb, sentyabrda bu göstərici 92,4 milyon barel idi, bu isə 2009-cu ildən bu yana  istifadə edilən yanacağın ən aşağı göstəricisidir.  

www.oxu.az