Nigeriyada göyərtəsində silah-sursat olan Rusiya təyyarəsi saxlanılıb

Ekipajın bütün üzvləri həbs olunub…

Ekipajın bütün üzvləri həbs olunub.

Nigeriya ordusu göyərtəsində çoxlu silah-sursat olan Rusiyaya məxsus yük təyyarəsinin saxlanıldığını bildirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, sənədləşdirilməmiş silah Mərkəzi Afrika Respublikasından (MAR) Çada aparılacaqmış.

Yerli KİV-lərin məlumatına görə, təyyarə  MAR-ın paytaxtı Banqidən havaya qalxıb Çadın paytaxtı Ncamenu şəhərinə istiqamət alıbmış.

Təyyarənin göyərtəsində lazımi qaydada sənədləşdirilməmiş helikopterlərin, avtomobillərin və digər hərbi texnikanın olduğu bildirilir. 

Təyyarə Nigeriyanın şimalındakı Kano şəhərinin aeroportunda saxlanılır, ekipajın bütün üzvləri həbs olunub. Faktla bağlı istintaq aparılır. 

www.oxu.az