Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq. Həmin strukturlar bunlardır:
• Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
• Azərbaycan Respublikasının Nazirlər Kabineti
• Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)
• Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)
• Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
• Azərbaycan Respublikasının Baş Prokurorluğu
• Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
• Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
• Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
• Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
• Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
• Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
• Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
• Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
• Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
• Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
• Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
• Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
• Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
• Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları
• Azərbaycan Respublikasının Mərkəzi Bankı
• “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
• “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
• “Azəriqaz” İstehsalat Birliyi
• “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
• Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)
• “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
Siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyəti olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcək.
AZƏRTAC