Pakistanın 50 nüfuzlu ictimai-siyasi xadimi Xocalı soyqırımını pisləyən Memorandum imzalayıb

Pakistanın nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzetinin 23.02.2013 tarixli buraxılışında “Xocalı soyqırımını pisləyən Memorandum BMT-nin Pakistandakı Nümayəndəsinə təqdim edilmişdir” adlı məqalə dərc edilib…

Pakistanın nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzetinin 23.02.2013 tarixli buraxılışında “Xocalı soyqırımını pisləyən Memorandum BMT-nin Pakistandakı Nümayəndəsinə təqdim edilmişdir” adlı məqalə dərc edilib. Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə bildirilir ki, 50 nəfərdən ibarət Pakistanın nüfuzlu ictimai-siyasi xadimləri tərəfindən hazırlanmış (qrupa “Pakistan Observerin”-in baş redaktoru, “el aqqsaqalı”, vətənə xidmətlərə görə ali dövlət ordeni “Sitari İmtiaz”-la təltif olunmuş Zahid Malik, Milli Assambleyanın deputatları Mian Aslam, Aqil Anjum, sabiq mədəniyyət naziri, nazirlər kabinetində xristian azlığını təmsil etmiş S.K. Tressler, sabiq informasiya naziri Səlim Şeyx, mərkəzi seçki komissiyasının sabiq sədri Xanvar Dilşad, “Daily Ausaf” qəzetinin baş redaktoru Mehtab Xan, İslamia Rizvia universitetinin rektoru Dr. Zafar İqbal, Pakistan Müsəlman Liqasının qadınlar qanadının prezidenti Farux Xan və digər tanınmış şəxslər daxildir), Xocalıda baş vermiş soyqırımı pisləyən Memorandum 22.02.2013 tarixində BMT-nin Pakistandakı Nümayəndəsi David Neyll Rayta təqdim edilib.

Yeddi bəndən ibarət Memorandumda Xocalı soyqırımının bəşər tarixində qara ləkə olaraq qaldığı, münaqişə nəticəsində Dağlıq – Qarabağ daxil olmaqla 7 rayonunun işğal edildiyi, 20 mindən çox insanın həlak olduğu, bir milyon insanın qaçqın həyatını yaşadığı vurğulanıb.

Sənəddə, 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərinin erməni qüvvələri tərəfindən məhv edildiyi, soyqırım nəticəsində uşaq və ahıllar da daxil olmaqla yüzlərlə günahsız mülki insanın xüsusi qəddarlıqla qətlə yetirildiyi bildirilib.

Memorandumda, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəflərindən qəbul edilmiş qətnamələr, BMT TŞ-nın Prezidentinin müraciətlərinin hələ də icra olunmadığı qeyd edilib.

Xocalı Memorandumunda, işğalçı qüvvələrinin bütün zəbt olunmuş Azərbaycan torpaqlarında dərhal, tam və qeyri-şərtsiz çıxarılması, qaçqın və köçkünlərin evlərinə dönməsi, regional iqtisadi əməkdaşlığın bərpa edilməsinin təmin olunması tələb olunub.

BMT-nin Pakistandakı nümayəndəsi David Neyll Rayta ünvanlanmış məktubda memorandumun BMT-nin Baş Katibi Ban Ki Muna çatdırılması xahiş olunub.

Məqalədə Azərbaycanın Pakistandakı Səfiri Daşqın Şikarovun “Pakistan Observer”-in baş ofisinə səfər edərək qəzetin baş redaktoru Zahid Malikə və Memorandumu hazırlayan digərlər şəxslərə öz dərin təşəkkürünü bildirildiyi vurğulanıb.

/Trend/