Pan Gi Mun: Qəzza bölgəsinə 4 milyard dollar lazımdır

“Zaman gözləmir”…

“Zaman gözləmir”.

Qəzza zolağının bərpası və Fələstin anklavının əhalisinə yardım üçün 4 milyard dollardan artıq vəsait tələb olunur.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu BMT-nin baş katibi Pan Gi Mun bəyan edib.
 
“Zaman gözləmir. Hazırda 414 milyon dollar humanitar yardım, 1,2 milyard – ilkin bərpa, 2,4 milyard dollar isə yenidənqurma işlərinə tələb olunur”, deyə Pan Qi Mun bildirib
 
Onun sözlərinə görə, İsraillə Fələstin arasında baş verən son qarşıdurma nəticəsində 100 min fələstinli evsiz qalıb. Onların yarısı BMT-nin Yaxın Şərq agentliyinin məktəblərində sığınacaq tapıb. 

www.oxu.az