İlham Əliyevin Serj Sarkisyan ilə görüşü Bakı vaxtı ilə 21:00-a təyin edilib…
İlham Əliyevin Serj Sarkisyan ilə görüşü Bakı vaxtı ilə 21:00-a təyin edilib.
Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Parisdə baş tutacaq görüş cədvəli məlum olub.
Oxu.Az Yelisey sarayının saytına istinadən xəbər verir ki, saat 11:00-da (Bakı vaxtı ilə 14:00) Fransa prezidenti Fransua Ollandın Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü başlayıb.
12:15-də (Bakı vaxtı ilə 15:15) Fransa prezidentinin Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşü təyin edilib.
18:00-da (Bakı vaxtı ilə 21:00) Fransua Olland Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsinin və Qafqazın gələcəyinə dair qlobal məsələlər üzrə üçtərəfli görüşünü keçirəcək.
Sammitdən sonra 20:00-da (Bakı vaxtı ilə 23:00) bütün ölkə nümayəndələri ilə şam yeməyi keçiriləcək.