PKK Türkiyənin hərbi helikopterini atəşə tutdu

Bir əsgər şəhid olub, digəri isə yaralanıb…

Bir əsgər şəhid olub, digəri isə yaralanıb.

Türkiyənin Şırnak vilayətində PKK terrorçuları hərbi helikopteri qumbaraatan və pulemyotdan atəşə tutublar.

Oxu.Az “Milliyet”ə istinadla xəbər verir ki, nəticədə bir əsgər şəhid olub, digəri isə yaralanıb. 

Yaralı əsgər Şırnak Hərbi Hospitalına yerləşdirilib.  

www.oxu.az