Prezident Administrasiyası: Qarabağı 10 günə azad edərik

“Ordumuz bizdə böyük fəxarət hissi doğurur”…

“Ordumuz bizdə böyük fəxarət hissi doğurur”.

Azərbaycanın Milli Ordusu cəmi bir neçə günə Ermənistanın işğal etdiyi əraziləri azad etməyə qadirdir, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov bildirib.  

“Azərbaycanda bizdə böyük fəxarət hissi doğuran ordu formalaşdırılıb”, – deyə, o, Prezident yanında Gənclər Fondunun yaradılmasının üçilliyi münasibətilə keçirilən tədbirdə vurğulayıb, Oxu.Az İnterfaks-a istinadən xəbər verir.

Ə.Həsənovun sözlərinə görə, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünün pozulmasına biganə yanaşmaqda davam edərsə, “əminəm ki, bir həftə, 10 gün ərzində Milli Ordu bütün işğal olunmuş Azərbaycan ərazilərini azad etməyə qadirdir”.

O həmçinin vurğulayıb ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi ölkənin inkişaf kursu, o cümlədən gənclər siyasəti xalqın maraqlarına əsaslanır.

“Gənclər siyasəti Azərbaycan dövlətinin prioritet istiqamətidir”, – deyə Ə.Həsənov vurğulayıb.

O, gənclər təşkilatları tərəfindən həyata keçirilən layihələri dəstəkləyən və maliyyələşdirən Gənclər Fondunun fəaliyyətini yüksək qiymətləndirib.

www.oxu.az