Prezident gənc istedadlara təqaüd ayırdı

Onların adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq…

Onların adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq.

Prezident İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb. 

Oxu.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şagirdlərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər:

İbrahimova Aytən Ümid qızı –Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi

Zeynalova Leyla Samir qızı –Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi 

www.oxu.az