Prezident icra başçılarını dəyişdi

İlham Əliyev sərəncamlar imzalayıb…

İlham Əliyev sərəncamlar imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün iki rayonun icra başçısının dəyişdirilməsi haqqında sərəncamlar imzalayıb.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, prezidentin sərəncamına əsasən, Ağdam rayonun İcra hakimiyyəti başçısı vəzifəsinə Raqub Allahverdi oğlu Məmmədov təyin olunub.

İlham Əliyevin digər bir sərəncamı ilə əvvəllər bu vəzifəni tutan Nizami Yəhya oğlu Sadıqov Ağdam rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər bir sərəncamı ilə Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb, başqa bir sərəncamla İrşad Nadir oğlu Əliyev Kürdəmir rayon İcra hakimiyyəti başçısı vəzifəsindən azad edilib.

www.oxu.az