Prezident sərəncam imzaladı: Hərbi kafedralar yaradılır

Nazirlər Kabineti təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir…

Nazirlər Kabineti təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında və Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında hərbi kafedraların yaradılması haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın AzərTAc-a istinadən məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, müvafiq sənədlərin bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin, sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

www.oxu.az