Putin əmindir ki, Rusiya və Ukrayna anlaşacaqlar

Rusiya Prezidenti Vladimir Putin əmindir ki, dövlətlərarası münasibətlər çərçivəsində RF və Ukrayna qarşılıqlı anlaşma əldə etməyə nail olacaqlar…

Rusiya Prezidenti Vladimir Putin əmindir ki, dövlətlərarası münasibətlər çərçivəsində RF və Ukrayna qarşılıqlı anlaşma əldə etməyə nail olacaqlar. Trend xəbər verir ki, bu barədə RİA Novosti yazıb.
Putin Rusiya vətəndaşlarının suallarını cavablandırarkən deyib: “Biz hamımız müəyyən emosiyaların təsiri altındayıq. Lakin əgər biz bir-birimizi sevir və hörmət ediriksə, bir-birimizi başa düşməyin yolunu tapşalıyıq. Düşünürəm ki, bir ailə çərçivəsində bunu etmək asandı, nəinki dövlətlər çərçivəsində. Lakin əminəm ki, hətta dövlətlərarası münasibətlər çərçivəsində biz Ukrayna ilə qarşılıqlı anlaşma tapacağıq. Ümid edirəm Ukraynada başa düşəcəklər ki, Rusiya Krımda başqa cür hərəkət edə bilməzdi “.
Qeyd edək ki, fevralın 22-də Ukraynada hakimiyyət dəyişikliyi baş verib.
/Trend/