Putin: Ən böyük millətçi elə mən özüməm

“Bu, çıxılmaz vəziyyət deyil, bu öz-özünü məhv etmək yoldur”…

“Bu, çıxılmaz vəziyyət deyil, bu öz-özünü məhv etmək yoldur”.

Rusiya prezidenti Vladimir Putin millətçiliyə qarşı olmadığını, amma şovinizmi qəbul etmədiyini bildirib.

Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Rusiya lideri şovinizmin müxtəlif dinli dövlətləri dağıtdığını qeyd edib.

“Rusiyada ən böyük millətçi elə mən özüməm. Amma ən düzgün millətçilik xalqın səadəti naminə görülən işlərdir, aparılan düzgün siyasətdir”, – deyə Putin bildirib.

O, qeyd edib ki, millətçilikdə başqa insanlara qarşı qeyri tolerantlığın davam etməsi istənilən ölkəni dağıdacaq.

“Bu, çıxılmaz vəziyyət deyil, bu öz-özünü məhv etmək yoldur. Rusiyada hamı hər şey edəcək ki, şovinizm olmasın”, – deyə prezident bildirib.

www.oxu.az