Putin bəyan edib ki, həyatın mənasını yalnız məhəbbətdə görür

“Bu, çoxmənalı məfhumdur”…

“Bu, çoxmənalı məfhumdur”.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin hesab edir ki, həyatın mənası ancaq məhəbbətdədir.

“Ümumiyyətlə, həyatın, varlığın mənası məhəbbətdədir. Bu ailəyə, uşaqlara həm də Vətənə olan məhəbbətdir. Bu, çoxmənalı məfhumdur, o, fəaliyyətimizin hər istiqamətində təzahür edir”, – Rusiya coğrafiya cəmiyyətinin (RCC) qurultayında çıxış edən Putin çıxışını bu sözlərlə yekunlaşdırıb, Oxu.Az xəbər verir.

RCC fəaliyyəti haqqında danışarkən, Putin cəmiyyətin Vətənə olan məhəbbəti möhkəmləndirilməsinə yardım edə biləcəyinə ümid etdiyini bildirib.

“Bu, hamımızın çatmaq üçün can atdığımız fövqəl-məqsəd olmalıdır və mən tamamilə əminəm ki, bizi bu yolda uğur gözləyir”, – Rusiya prezidenti əlavə edib.

www.oxu.az