Putin: Dnestryanı əhalisi taleyini özü həll etməlidir

“Orada çoxlu sayda rusiyalılar yaşayır və onların əksəriyyəti Rusiyaya meyillidir”…

“Orada çoxlu sayda rusiyalılar yaşayır və onların əksəriyyəti Rusiyaya meyillidir”.

İmkan yaratmaq lazımdır ki, Dnestryanı bölgədə yaşayan əhali taleyini özü həll etsin.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu canlı yayımda vətəndaşların suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin deyib.

Dnestryanı probleminin mürəkkəb olduğunu bildirən Putin orada çoxlu sayda rusiyalıların yaşadığını və onların əksəriyyətinin Rusiyaya meyilli olduğunu vurğulayıb.

“Onların öz taleləri barədə öz düşüncələri var. Demokratiya onlara istədikləri kimi yaşamaq hüququ verir. Moldova, Dnestryanı ilə danışıqları davam etdirmək lazımdır. Dnestryanı bölgədən blokadanı aradan götürmək gərəkdir”, – deyə o qeyd edib.

www.oxu.az