Putin neftin qiymətinin ucuzlaşmasının siyasiləşdirildiyini düşünür

“Atdığımız addımlar uzunmüddətli xarakter daşıyır”…

“Atdığımız addımlar uzunmüddətli xarakter daşıyır”.

Rusiya prezidenti Vladimir Putin neftin qiymətinin ucuzlaşmasının ardında bir sıra ölkələrin siyasətinin durduğunu ehtimal edir.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə o Cin xalq Respublikasına səfəri ərəfəsində çin KİV-nə verdiyi müsahibəsində bildirib.

“Neftin qiymətində hər zaman siyasi tərkib mövcud olur. Bundan başqa bəzi böhran vəziyyətlərində elə hiss yaranır ki, enerjiresursların qiymətinin formalaşdırılması zamanı məhs siyasət üstünlük təşkil edir”, – dövlət rəhbəri bəyan edib.

“Bundan başqa neftininkişaf etmiş ölkələrdə həm strateji, həm də kommersiya ehtiyatları tarixi maksimum səviyyəsindədirlər. Neftin hasilatında texnoloji novasiyalarda öz sözünü deyir, onlar regional bazarlarda çatdırılmanın həcmini artmasına gətirib çıxarıb”, – Putin qeyd edib.

Dövlət rəhbəri dəqiqləşdrib ki, neftin qiymətinin ucuzlaşdırılması ilə əlaqədar yaranacaq neqativ nəticələrin minimuma endirilməsi üçün Rusiya bir sıra tədbirlər həyata keçirib.  

Putin əlavə edib ki, ölkə rəhbərliyi həmçinin “büdcə xərclərini, pul-kredit və vergi siyasətini optimallaşdırmaq niyyətindədir”.

Noyabrın 6-da Brent markalı neftin bir barelinin qiyməti 83,5 dollardan ibarət olub.

Oktyabr ayının ortalarında Putin, dünya iqtisadiyyatının neftin qiymətinin bir barel üçün 80 dollar olmasına davam gətirməyəcəyi barədə fikir söyləmişdi.

O, həmçinin “neftin qiymətinin tezliklə sabitləşəcəyin”dən əmin olduğunu söyləyib, belə ki, “belə ki, bazar iştirakçılarının heç biri neftin qiymətinin 80 dollardan aşağı enməsində maraqlı deyil”.

www.oxu.az