Danışıq olub…
Danışıq olub.
Rusiya və Türkiyənin prezidentləri Vladimir Putinin qondarma “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməsi üçün İrəvana səfəri məsələsini müzakirə ediblər.
Oxu.Az İnterfaks-a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Bu barədə iki ölkə lideri arasında danışıq olub. Ərdoğan Putinin Ermənistana səfəri ilə bağlı planlarını yaxşı bilir”, – Uşakov jurnalistlərə deyib.
O, həmçinin qeyd edib ki, Türkiyə prezidentinə yaxşı məlumdur ki, aprelin 24-də Türkiyədə Çanaqqala döyüşünün 100 illiyinə həsr olunmuş tədbirlərdə Rusiyanı Dövlət Dumasının spikeri Sergey Narışkin təmsil edəcək.