Putinin İrəvana səfəri Türkiyə ilə münasibətlərə necə təsir edəcək?

Peskov danışır…

Peskov danışır.

Rusiya prezidenti Vladimir Putinin “erməni soyqırımı”nın ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etməsi üçün Ermənistana səfəri “Türk axını” qaz kəmərinin tikintisi və Moskva-Ankara münasibətlərinə təsir edə bilməz.

Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov deyib. 

“Bizim Türkiyə ilə çox sıx tərəfdaşlıq münasibətlərimiz var və bu münasibətlər çox möhkəm qarşılıqlı iqtisadi əməkdaşlıq bazasına malikdir. Bir çox problemlər üzrə mövqelərimiz üst-üstə düşür”, – Peskov deyib. 

Mətbuat katibi qeyd edib ki, Ermənistan və Rusiyanı müxtəlif tellər bağlayır. 

“Bu tədbirlər nəyəsə xələl gətirə biləcək kimi qəbul edilməməlidir”, – Peskov əlavə edib. 
 

www.oxu.az