Pxenyan iki Koreyanın birləşdirilməsini təklif edib

“Bu müharibənin qarşısının alınması”…

“Bu müharibənin qarşısının alınması”.

Koreya Xalq Demokratik Respublikasının XİN rəhbəri Li Su Yen BMT-yə siyasi quruluşlarının saxlanılması şərti ilə iki Koreyanın konfederasiya formulu ilə birləşdirilməsini təklif edib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə İTAR-TASS məlumat verib.

“KXDR təkid edir ki, iki ölkənin birləşdirilməsinə fərqli siyasi sistemlər arasında toqquşma yaratmaq yolu ilə deyil, konfederasiya formulu ilə nail olunmalıdır. Bu vasitə ölkədə eyni zamanda iki sistemin mövcudluğunu nəzərdə tutur. Bu müharibənin qarşısının alınması və sülhün təmin olunması üçün yeganə vasitədir”, deyə Li Su Yen BMT Baş Assambleyasının 69-cu sessiyasında çıxışı zamanı bəyan edib. 

KXDR XİN rəhbəri qeyd edib ki, nüvə silahı məsələsindəki problem ABŞ-ın düşmənçiliyə əsaslan siyasi kursunun dəyişəcəyi təqdirdə həllini tapacaq. 

www.oxu.az