Qazax jurnalistləri ölkələrini Qarabağla bağlı Azərbaycana yardımçı olmağa çağırdılar

“Bakıya xeyirdi, Astanaya da sərf edir, İrəvana isə qulaqburması olar”…

“Bakıya xeyirdi, Astanaya da sərf edir, İrəvana isə qulaqburması olar”.

Aydındır ki, Avrasiya İqtisadi İttifaqı Nursultan Nazarbayevin effektiv iqtisadi modeli üzrə deyil, Vladimir Putinin qoyduğu istiqamətdə qurulduğu üçün MDB kimi “düşmənçilik meydanı” olma şansı qazanır.  

Xüsusilə də Ermənistanın Aİİ-yə daxil olma astanasında.

Bu ölkə indi gömrük rüsumlarının hesabına dolanmalı olmaqla yanaşı, Qazaxıstan və onun Liderinin ünvanına sistematik şəkildə təhqiredici çıxışlar edir.       

Oxu.Az xəbər verir ki, bu barədə z001.kz saytında dərc edilmiş “Aİİ-nin müttəfiqi Qazaxıstan və onun prezidentini pisləyir” adlı məqalədə yazılıb.

“Artıq birinci gün deyil ki, erməni KİV-i öz materiallarında bizim ölkəyə qarşı pis münasibətlərini açıq şəkildə göstərir. Onlar Prezidentin şəxsiyyətinə toxunurlar. Bu yaxınlarda erməni hökuməti Nursultan Nazarbayevin adını daşıyan küçənin adını dəyişdiriblər. Guya ki, bu, Astana akimatının stalin cəlladı olan Mirzoyanın adını daşıyan küçənin adının akademik Kanış Satpayevin adına dəyişdirilməsinə cavab olaraq edilib.

İrəvanın mövqeyi ümumiyyətlə, aydın deyil. Və ya ölkədə mübariz olan ksenofobiya – burdan demək olar ki, bütün milli azlıqlar çıxıb gedib – elə bir səviyyəyə çatıb ki, orada kütləvi repressiya və edamların sayını artırmağa hazırdırlar?  

İndi isə aydın olur ki, Avrasiya İqtisadi İttifaqında Ermənistana Qazaxıstan mane olur. Səbəb isə rəsmi Astananın İrəvandan İttifaqa işğal edilmiş Qarabağla gömrük sərhədləri şəraitində daxil olmağı tələb etməsidir. Başqa sözlə, işğal edilmiş Azərbaycan torpaqları beynəlxalq normalara uyğun olaraq Aİİ-nin gömrük ərazisindən kənarda qalacaq. Müvafiq olaraq Aİİ faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Qazaxıstanın bu tələbi, “böyük Ermənistanın” tərəfdarlarının xoşuna gəlməyib. Və onlar həmişə elədiklərini elədilər. KİV qalmaqal yaratdılar. Bu müraciətlərin cari hökumətlə affilyasiya edildiyinə şübhə yoxdur. Bu günlərdə Ermənistan maliyyə naziri Pavel Safaryan yerli KİV-ə müsahibəsində beləcə də bəyan edib:

…bilirsiniz ki, qazaxlar bizi ittifaqda görməklərinə heç də şad deyillər, bilirsiz nə qədər danışıqlar olub? Bu şəraitdə necə hesablamalar aparmaq olardı?

Qazaxlara görə oktyabrın 1-nə qədər razılaşmanın imzalanacağı aydın deyildi. Qazaxlar bu İttifaqa Azərbaycanı, Türkiyəni də daxil etmək istəyirdilər. Bizi İttifaqda görmək istəyən yeganə ölkə Rusiya idi.

Daha öncə isə rəsmi İrəvana daha yaxın olan nüfuzlu erməni nəşri “Shame” çox xoşagəlməz bir bir məqalə dərc edib, bu məqalədə Qazax xanlığının 550 illik yubilyenə dair qıcıqlandırıcı münasibət bildirilib. Bu zaman qəzet Qazaxıstanın bütün nailiyyətlərinə görə yalnız Rusiya koloniyalaşdırılmasına minnətdar olmalıdır. Qazaxıstanı isə Kara-Kirgiziya (1936-cı ildə bolşeviklər tərəfindən indiki Qırğızıstana verdiyi adla) adlandırıb.  

Ümumilikdə Qazaxıstan haqqında materiallar son zamanlarda erməni KİV-də neqativ və antitürk xarakter daşımağa başlayıb. Və bu ölkə Aİİ-dən, Qazaxıstanın da gömrük rüsumlarından məbləğin daxil olduğu transferlər alacaq. Belə çıxır ki, Ermənistanda bizi qınayacaqlar, pisləyəcəklər, biz isə onlara dolayı yolla maliyyə dəstəyi göstərəcəyik.

İşgüzar əməkdaşlar belə davranmırlar, iqtisadi birliyə daxil olanlar isə xüsusilə. Belə məlum olur ki, ən yaxşı addım, yerli kənd təsərrüfatı mallarının qorunması adı altında azsaylı erməni mallarının Qazaxıstana gətirilməsinin qarşısını almaqdır.

Qazaxıstan münaqişəsiz ölkədir, amma lazım olduğu halda adekvat tədbirlər görmək olar. Həm də ki, zəif Ermənistana qarşı, oradan artıq yerli ermənilər belə qaçır. Bunu maliyyə naziri P.Safaryan da etiraf edib:

“Mənə elə gəlir ki, Ermənistanda insanlar daha çox ədalətsizlikdən məyus olublar, ona görə də burdan gedirlər”.

Bizə elə gəlir ki, Qazaxıstan da Ermənistanın dolayı donoru kimi ona qarşı ədalətsiz münasibətdən məyus olmalıdır və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün səy göstərməlidir. Bakıya xeyirdi, Astanaya da sərf edir, İrəvana isə qulaqburması olar”, – məqalədə qeyd edilir.

www.oxu.az