Qazaxıstan Bakı-Tbilisi-Qars tikintisini sürətləndirməyi xahiş edib

“Biz digər istiqamətlərdə də maraqlıyıq”…

“Biz digər istiqamətlərdə də maraqlıyıq”.

Qazaxıstan Bakı-Tbilisi-Qars dəmiryolu magistralının tikintisinin başa çatdırılmasının sürətləndirilməsində maraqlıdır, bunu Astanada Gürcüstanın baş naziri İrakli Qarbriaşvili ilə görüşün gedişatında Qazaxıstanın baş naziriKərim Məsimov bəyan edib, Oxu.Az xəbər verir.

“Bu gün biz ikitərəfli əməkdaşlıq problemlərini müzakirə etdik, inkişafın və qarşılıqlı əməkdaşlıq imkanlarını müəyyənləşdirdik. Bizim ölkələrmiz arasında ikitərəfli nəqliyyat, əlaqə, kənd təssərrüfatı komplekslərinin, turiam sahələrində istifadə edilməmiş ehtiyatlar mövcuddur. Biz digər istiqamətlərdə də maraqlıyıq”, – Məsimovun sözlərini “Novosti-Kazaxstan” agentliyi sitat gətirib.

Məsimovun sözlərinə görə, gündəmdə olan əsas məsələ nəqliyyat-transit dəhlizlərini genişləndirilməsidir. “Biz Bakı-Tbilisi-Qars dəmiryol magistralının tikintisinin başa çatdırılmasının sürətləndirlməsində maraqlıyıq. Bu magistral bizə qazaxıstan mallarının Xəzər dənizi vasitəsilə Avropaya və gürcüstan mallarının Qazaxıstan ərazisindən keçərək Mərkəzi Asiya və Çinə çıxarmaq imkanı verəcək , – Qazaxıstannı baş naziri qeyd edib.”

 “Mən inanıram ki, Gürcüstan baş naziri İrakli Qaribaşvilnin Astanaya səfəri iki ölkə arasında əməkdaşlığı möhkəmləndirəcək”, – o sözünü yekunlaşdırıb.

Daha öncə Qaribaşvilnin qazaxıstana işgüzar səfərə yollandığı xəbər verilmişdi.

www.oxu.az