Qazaxıstan qızları İŞİD-ə qoşulurlar

Respublika vətəndaşlarının “Qazaxski jamaqat” adlı xüsusi birliyi var…

Respublika vətəndaşlarının “Qazaxski jamaqat” adlı xüsusi birliyi var.

“İslam dövləti” (əvvəllər – İŞİD adlanırdı) terror qruplaşmasının tərkibində 300 qazaxıstanlı var, onların yarısı isə qadınlardan ibarətdir.

Respublika vətəndaşları qrupun daxilində “Qazaxski jamaqat” adlı xüsusi birlik yaradıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Nurtay Abıkayev bildirib.

Onun sözlərinə görə, xüsusi xidmət, MDB ölkələrinə təbliğatçıların gəlməsindən və onların gənclərə radikal baxışlar aşılamasından, onları ekstremist fəaliyyətə cəlb etməsindən və döyüşlərdə iştirak etmək üçün “İslam dövləti”nə göndərmələrindən narahatdırlar.  

Eyni zamanda, gənclərin internetdə dərc edilən materialların təsiri altında radikallaşması da narahatlıq doğurur.

Operativ, kəşfiyyat və ümumi mənbələrdən olan informasiyaya görə, “İslam dövləti” tərkibinə 80-dən artıq ölkənin vətəndaşı daxildir, bu isə münaqişənin beynəlmiləlliyindən xəbər verir.

Bu, Qazaxıstan MTK-nin sözlərinə görə, yaraqlıların öz ölkələrinə qayıtdıqları təqdirdə terror təhlükəsinin coğrafiyasını potensial şəkildə genişləndirir.

Abıkayev həmçinin qeyd edib ki, qazaxıstanlıların “İD” tərəfindən işğal edilmiş Suriya və İraq ərazisinə getməsinin qarşısını alır.

“Rusiyada bunun üçün qanunvericiliyə müvafiq əlavələr və düzəlişlər edilib. Bu qəbildən olan xüsusi kateqoriya vətəndaşlarla iş üzrə təhlükəsizlik orqanlarının işini asanlaşdırmaq üçün Qazaxıstanda və Birlik dövlətlərinin bəzilərində eyni tədbirlər görülür”, – o deyib.  

MTK sədri vurğulayıb ki, vətəndaşların “İslam dövləti” sıralarına düşməsinin qarşısını almaqla yalnız güc strukturları deyil, eləcə də ölkənin antiterror mərkəzləri, qeyri-hökumət təşkilatları da məşğuldur.

www.oxu.az