Qondarma erməni “soyqırımı” üçün ən böyük abidə tikilir

Qondarma erməni “soyqırımı”nın 100 illiyi yaxınlaşdıqca xaricdə fəaliyyət göstərən erməni icmaları aktivliklərini artırırlar…

Qondarma erməni “soyqırımı”nın 100 illiyi yaxınlaşdıqca xaricdə fəaliyyət göstərən erməni icmaları aktivliklərini artırırlar. Modern.az erməni KİV-nə istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının iri şəhərlərindən sayılan Pasadenada yerli erməni diasporu Ermənistan respublikası xaricində ən böyük soyqırımı abidəsinin tikintisi ilə bağlı hazırlıqlara başlayıblar. Memorial kompleksin memarlıq planı təsdiq olunub və tezliklə tikinti işlərinin başlanması gözlənilir.

Soyqırımı abidəsinin 2015-ci il aprelin 24-də- erməni “soyqırımını”ın 100 illiyi münasibətilə açılması planlaşdırılır. Memoril abidənin tikintisinə nəzarət edəcək şəxslər arasında Pasadena şəhərinin keçmiş meri Billi Paparyan, Fresno dairəsinin polis rəisi (baş şerif) Bernar Melekyan və s. erməni əsilli amerikalılar var. Xatırladaq ki, Los Ancelesin 19 kilometr cənubunda yerləşən və 146 min nəfər sakinin yaşadığı Pasadenada böyük erməni icması məskunlaşıb.

 

/Modern.az/