Qorbaçov: Soyuq müharibə artıq başlayıb

“Rusiyalıları alçaltmaq çətin işdir”…

“Rusiyalıları alçaltmaq çətin işdir”.

SSRİ-nin birinci prezidenti Mixail Qorbaçov hesab edir ki, öz məqsədlərinə çatmaq üçün ABŞ dünyanı alt-üst etməyə hazırdır, indi isə Rusiya onun qarşısında durmağa qadirdir. Bu barədə o, Amerikanın “Time” jurnalına verdiyi müsahibəsində deyib.

Oxu.Az xəbər verir ki, RİA Novosti Qorbaçovun sözlərindən sitat gətirib:

“Rusiyalıları alçaltmaq çətin məsələdir. Biz öz əhəmiyyətimizi dərk edirik. Mən anladım ki, amerikalılara qulaq asmaq olar, amma onlara inanmaq olmaz. Onların ağlına hansısa ideya gələndə, dünyanı alt-üst etməyə hazırdırlar”.

Qorbaçov əmindir ki, Ukrayna hadisələri fonunda Rusiya və Qərb arasında soyuq müharibə artıq başlayıb.  

Bununla yanaşı, Rusiya və Qərb arasında münasibətlərin kəskinləşməsi SSRİ-nin sabiq prezidentini narahat edir, nəşr qeyd edib.

“İnsanlar yalnız yeni “soyuq” müharibədən deyil, həm də “odlu” müharibədən danışırlar. Deyəsən, ciddi həyəcanların zamanı yetişib. Dünya qaynayır”, – Qorbaçov deyib.

O, həmçinin bəyan edib ki, amerikalılar Rusiyaya qarşı təvazökarlıq nümayiş etdirməlidirlər və ona “haqqı çatan”, dünya dövləti rolunu oynamağa mane olmaqdan əl çəkməlidirlər.

Daha öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ukraynada sülhün bərqərar olması və Donbassda iqtisadiyyatın barpa olunması üçün şans yaranıb.

www.oxu.az