Ravvindən şok çağırış: “Müsəlmanların soyqırımı başlanılmalıdır”

Atlantanın ətrafında yaşayan yəhudi ravvin Şalom Luis hər kəsi bütün müsəlmanlara qarşı genosid başlamağa səsləyib…

Atlantanın ətrafında yaşayan yəhudi ravvin Şalom Luis hər kəsi bütün müsəlmanlara qarşı genosid başlamağa səsləyib.

 

Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın  “Mondoweiss” qəzeti yayıb.

 

Məlumatda Şalom Luisin artıq “müqəddəs xaç yürüşü”nün zamanı gəldiyini bildirdiyi deyilib. Ravvin müsəlmanların terrorçu və dinc əhali olmasından asılı olmayaraq hər kəsin öldürülməsini istəyib:

 

“Deyilənə görə, müsəlmanların yalnız 5%-i islamın tələblərinə zidd hərəkət edirlər. Allaha şükür ki, bu yalnız 5%-dir. İndi mən rahat yata bilərəm. Amma dayanın, bu ki bizim boğazımızı kəsmək, partlatmaq istəyən 50 milyon cinayətkar deməkdir. Bizim xoşumuz gəlib-gəlməməyindən asılı olmayaraq, hamımız artıq cəbhə xəttindəyik. Döyüş meydanı sərhəd tanımır və müharibə qaydalarsız aparılır. İsrail bu gün hamımıza görə mübarizə aparır. Qoy Allah İsraili və ABŞ-ı qorusun”.

 

Qeyd edək ki, Şalom Luis üç il əvvəl də eyni təkliflə çıxış etmişdi.  

 

/Publika/