ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xocalıdan olan məcburi köckünlərin ailəsinə baş çəkib.
Trend xəbər verir ki, ailə başçısı Tofiq Cəbrayılovla görüşən səfir əvvəl onun kiçik dükanına baxıb, sonra evə dəvət olunub. T.Cəbrayılov diplomata Xocalıda 1992-ci il fevralın 26-da yaşadığı dəhşətlərdən danışıb. O, Xocalı faciəsi zamanı anasının və digər qohumlarının öldürüldüyünü bildirib.
Səfir söhbət zamanı qeyd edib ki, ABŞ hökuməti bu hadisələrdən əziyyət çəkən azərbaycanlılara kömək etməkdə davam edir.
Trend.az