Roma papası müsəlmanın ayağını yudu

Papa Pasxa bayramının başlanğıcını simvolizə edən “yaşıl cümə axşamı”-nda iştirak edib…

Papa Pasxa bayramının başlanğıcını simvolizə edən “yaşıl cümə axşamı”-nda iştirak edib.

Papa Fransisk müalicə mərkəzlərindən birində əlillərin ayağını yuyub.

Oxu.Az xəbər verir ki, ANS PRESS-in xəbərinə görə, katoliklərin dini lideri papa Fransisk cümə axşamı günü Roma yaxınlığındakı müalicə mərkəzlərindən birində olub. 

O, burada içərilərində 75 yaşlı bir müsəlman da olan 12 əlilin ayağını yuyub.

Papa Fransisk Pasxa bayramının başlanğıcını simvolizə edən “yaşıl cümə axşamı” olaraq adlandırılan gün müalicə mərkəzlərindən birində təşkil edilən ayində iştirak edib.

Ayin həzrəti İsanın 12 həvarisi ilə birlikdə yediyi son yeməyin xatirəsinə təşkil edilib.

Xristian inancına görə, Həzrəti İsa çarmıxa çəkilmədən əvvəlki gecə 12 həvarisinin ayaqlarını yuyub öpüb. Bu ənənə Həzrəti İsanın sevgisini və təvazökarlığını təmsil edir.

Xatırladaq ki, papa keçən il də iştirak etdiyi ilk Pasxa ayinində Roma yaxınlığındakı bir həbsxananı ziyarət etmiş və buradakı məhkumların ayağını yumuşdu.

 

/Oxu.az/